“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır”.
Ednews xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabından etdiyi paylaşımda bu fikirləri səsləndirib.
“Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”, - deyə səfir əlabə edib.