Londonda Azərbaycan səfirliyinə hücumun PƏRDƏARXASI MƏQAMLARI ŞƏRH

Siyasət 17:00 05.08.2022
Azərbaycanın Böyük Britaniya və Şimali İranladiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. 
 
Mətbuat hücumun məsuliyyətini şiə ekstremist təşkilatı olan "Mehdi Qulluqçuları Birliyi" - Küveytdən olan mühacirlər öz üzərinə götürdüyünü yayıb. 
 
Amma bəzi ekspertlər bu iddiaları təkzib edir. Onların fikrincə, hadisə ilə bağlı bir çox müəmmalı məqamlar var. 
 
Məsələ ilə bağlı politoloq Soltan Sədrəddin Ednews - a bildirib ki, həmin təşkilat 2018-ci ildə Londonda İran İslam Respublikasının səfirliyinə də hücum edib. 
Sədrəddin Soltan: “İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal  edilir” Pravda.az
 
“Bu qruplaşma İranda mövcud rejimin rəhbəri Ayətullah Seyid Əli Xameneiyə və rejimin digər üləmalarına qarşı kəskin bəyanatlar səsləndirən təşkilat kimi tanınır. Düzdür, qruplaşmanın rəhbəri Yasir Əl-Həbibi Qumda dini təhsilini davam etdirib, oradakı üləmalardan təsirlənib, özünü onların davamçısı hesab edir. Amma bu şəxs İranda rejimin başçılarına qarşıdır, onların siyasətini qəbul etmir. Bu baxımdan qrupun İranyönümlü olması ilə bağlı ciddi bir məlumat yoxdur, hətta bu barədə fikirlər səsləndirmək əsassızdır”. 
 
Milli Məclisin deputatı, Azərbaycan Quruluş Partiyasının sədri Fazil Mustafa da eyni fikirləri bölüşüb. Lakin o, Azərbaycanda İran agenturasına xidmət edən dini şəbəkələrin mövcudluğunu istisna etməyib. 
Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”
 
“Konkret olaraq təşkilatın İran rəhbərliyinin əmri ilə hərəkət etməsini sübut edən bir dəlil, fakt yoxdur. Bu kimi təşkilatların kim ilə bağlı olduqlarını öyrənməyə çalışarkən, hadisənin baş verməsində ingilis xüsusi xidmət orqanlarının əli olması ehtimalını da nəzərə almaq lazımdır. Bunu mütləq araşdırmaq lazımdır. Sakit tərzdə və heç bir müdaxilə ilə rastlaşmadan durub səfirliyin binasını zəbt etmək heç bir güclü dövlətin imicinə yaraşmır. Açığı desək, bunun heç bir məntiqi izahı yoxdur. Necə ola bilər ki, Britaniyanın xüsusi xidmət orqanlarının bu hücumun təşkilindən xəbərləri olmasın? Bu çox ciddi narahatedici hadisədir, bizim ölkəyə bir xəbərdarlıqdır”. 
 
Deputat “Mehdi Qulluqçuları Birliyi”nin addımını ölkəmizdə radikal şiə qruplaşmalarına dəstək nümayiş etdirmək kimi qiymətləndirib. 
 
“Təbii ki, Azərbaycanda İran agenturasına xidmət eləyən qruplaşmalar var. Onların ideologiyası və düşüncəsi ölkəmizin təhlükəsizliyinə təhdidlər törədir.  Ekstremist dini cərəyanlara qarşı mübarizə təkcə hüquq-mühafizə səviyyəsində yox, həmçinin ideoloji zəmində də aparılmalıdır. Təəssüf ki, cəmiyyətimizdə ideoloji və dini hazırlığı olan qüvvələrin azlığı bu prosesdə uğur qazanmağa imkan vermir. Azərbaycanın bəzi bölgələri dövlətimizin əleyhinə dini qüvvələrin mərkəzinə çevrilib,  ölkəmizdə bu zehniyyətə sahib olan kifayət qədər insanın olduğuna müşahidə edirik”. 
Cümşüd Nuriyev: “Rüşvət və korrupsiya hər bir dövlətin inkişafı  qarşısındakı ən böyük problemdir” » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
 
Digər həmkarlarından fərqli olaraq, politoloq Cümşüd Nuriyev Londonda Azərbaycan səfirliyinə təşkil olunan hücumda məhz İran rejiminin üsnürlərinin əlinin olduğunu bildirib. 
 
“İran regionda öz mövqeyini möhkəmləndirməkdən ötrü öz maraqlarına uyğun şiəliyi ixrac etməklə Körfəz ölkələrində bu kimi təşkilatlar yaradıb. Bu hücumu təşkil etməkdə əsas məqsəd İran Azərbaycana göstərmək istəyir ki, biz güclü dövlətik, siz bizimlə hesablaşmalısınız. İranın atdığı addımlar son vaxtlar Azərbaycan mediasında yüksək səviyyədə işıqlandırılır, bu isə İran daxilində təşviş yaradır. Cənublu soydaşlarımızın verdiyi məlumatlara görə, İran məmurları həddən artıq narahatlıq keçirirlər ki, Azərbaycan ziyalıları və jurnalistləri İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edirlər. Ona görə də onlar belə ucuz işlərə əl atırlar. Onların bu hərəkətləri nə islama, nə də müsəlmançılığa yaraşır. İranın yürütdüyü siyasət sırf islamın əleyhinədir, islami dəyərlərlə uzlaşmır. Heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməyəcəklər. Əksinə, bu kimi hallar ölkəmizi daha da rasional və düzgün addımlar atmağa vadar edəcək”. 
 
Qeyd edək ki, 2004-ci ildə Londonda əsası qoyulan “Mehdi Qulluqçuları Birliyi” İran hökumətinə qarşı düşmənçiliyi ilə seçilir. Həmçinin, Yaser Əl-Həbibi İranın Ali Dini Rəhbəri Əli Xamneneyinin dini etimadnaməsini də qəbul etmir.
 
2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun 4 üzvü Hüseyn Əlinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinə hücum ediblər.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı