“Yaxın Şərqdən olan ermənilər Laçında qanunsuz məskunlaşdırılıb” - Hikmət Hacıyev - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Yaxın Şərqdən olan ermənilər Laçında qanunsuz məskunlaşdırılıb” - Hikmət Hacıyev

Siyasət A- A A+
“Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar”. 
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib. 
 
Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.
 
“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...