“Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir” - XİN başçısı - VİDEO - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir” - XİN başçısı - VİDEO

Siyasət A- A A+
“Bizə Birləşmiş Krallığın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar bu məsələ ilə çox ciddi məşğuldurlar”.
 
Ednews “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
“Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmışdı. Onunla hərtərəfli, ciddi söhbətimiz olmuşdu. Birinci məsələ ondan ibarətdir ki, bizim Böyük Britaniyadan gözləntimiz ilk olaraq Azərbaycana qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir. Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması, Vyana Konvensiyasının əsasən, hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”, - nazir vurğulayıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...