İran rəhbərliyi Ermənistanın küyünə getməsə yaxşıdır Politoloq Rəisinin narahatlığından DANIŞDI

Siyasət 17:04 11.08.2022

“İran hakimiyyəti zənn edir ki, Azərbaycan öz tarixi torpaqlarını Ermənistandan geri almaq niyyətindədir. Halbuki bu kökündən yanlış düşüncədir”.  

Bu sözləri Ednews- a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib. 

İran Prezidenti Ebrahim Rəisinin Ermənistanın Baş naziri Nikol Paşinyanla son telefon danışığında Cənubi Qafqazın geosiyasi xəritəsinin dəyişməsi narahatlığını şərh edən Sədrəddin Soltan qeyd edib ki, rəsmi Tehran Ermənistan və onun havadarlarının təbliğatına uymaqda davam edir. 

“İran hakimiyyəti müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin inkişafına hər zaman qarşı olub. Bu ölkənin rəhbərliyi Azərbaycanın regionda tutduğu mövqedən hər zaman narahatlıq keçirib. Bununla bərabər, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması İran hakimiyyətinə bir sıra məqamlardan sərf eləyib. İndi isə Azərbaycanın torplaqları erməni işğalından azad edilib, regionda geosiyasi vəziyyət dəyişib. Azərbaycan bundan sonra da siyasi, iqtisadi və hərbi cəhətdən inkişaf edəcək, Qərb ölkələri ilə çoxşaxəli münasibətlərdə daha da ciddi adımlar atılacaq. Bütün bunlar İranın nəzərindən qaçmır. Ona görə də müxtəlif bəhanələrlə Azərbaycanın bu istiqamətdə inkişafına ləkələr yağdırmaqdan, manelər törətməkdən çəkinmir”.  

Politoloqun sözlərinə görə, Azərbaycanın öz tarixi torpaqlarını öz adları – Yerevanı,  Vardenisi, Suniki İrəvan, Göyçə və Zəngəzur adlandırması rəsmi Tehran tərəfindən xoş qarşılanmır.  

“İran rəhbərliyi hesab edir ki, guya Azərbaycan Zəngəzuru və Göyçəni Ermənistandan geri almaq niyyətindədir. Guya Azərbaycan regionda Ermənistanı yoxa çıxarmağa çalışacaq. Belə bir düşüncə tamamilə kökündən yanlışdır. İran hakimiyyəti, o cümlədən İran Pezidenti Ebrahim Rəisi ermənilərin və onun havadarlarının yalanlarına və küyünə uyurlar. Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı ərazi iddiları irəli sürməyib. İran Prezidenti Azərbaycan-Ermənistan münasibətlərinə öz prizmasından baxır, öz meyarları ilə ölçür. Eyni zamanda İranın ali rəhbəri Seyid Əli Xamenei də deyir ki, heç kəs İran və Ermənistan arasında tarixi yolu bağlaya bilməz. Həqiqətdə isə regionda kimsə nə yolu bağlamağa, nə də regionun xəritəsini dəyişməyə çalışır. Regionda vaxtı ilə xəritənin dəyişməsinə çalışan yeganə dövlət Ermənistan olub. Ermənistan elə bir dövlətdir ki, Azərbaycana və Türkiyəyə, hətta İrana və Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edir”. 

Sonda S. Soltan qeyd edib ki, İran Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması üçün hər fürsətdən istifadə etməyə çalışır. 

“Azərbaycanın kimsənin ərazisində gözü yoxdur, kimsənin torpağını tutmaq niyyətində deyil, hətta öz tarixi torpaqlarını öz ərazisinə qatmaq fikri güdmür. Əksinə ölkəmiz regionun inkişafına və sabitliyinə doğru aparan gələcək planlar - azad edilən torpaqlarda quruculuq işləri və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, Ermənistanla sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması üzərində işləyir. Rəsmi Bakı bu kimi ciddi və zəruri tədbirlərin görülməsinə diqqətini ayırır”. 

Qeyd edək ki, İran Prezidenti Ebrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışı aparıb. O, telefon danışığında Paşinyana İranın heç bir şəkildə regionda geosiyasi xəritənin dəyişikliyini qəbul etməyəcəyini bildirib.

 

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı