DSX-dan ƏMƏLİYYAT - İrandan narkotik keçirilməsinin qarşısı alındı - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

DSX-dan ƏMƏLİYYAT - İrandan narkotik keçirilməsinin qarşısı alındı

Siyasət A- A A+

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Ednews DSX-ya istinadən xəbər verir ki, avqust ayının 11-də saat 01:05-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq və qaranlıq olmasından istifadə edərək əlindəki bağlamanı ataraq geri, İran ərazisinə qaçmışdır. 

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 21 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (20 kq 700 qr “marixuana” və 1 kq “tiryək”, 200 qr “heroin”) aşkar olunaraq götürülmüşdür. 

Fakt  üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...