Azərbaycanlılar İrəvana, Göyçəyə və Zəngəzura nə zaman qayıdacaq? HƏLL YOLLARI

Siyasət 12:39 12.08.2022

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini məcburi tərk etmiş azərbaycanlıların geri qaytarılmasını qarşısına dəqiq vəzifə qoyub və artıq bu əməliyyatı ardıcıl surətdə həyata keçirir”.

Bu sözləri Ermənistanda Məhkəmə özbaşınalığına qarşı təşkilatının icraçı direktoru Larisa Alaverdinyan Pastinfor TV-in efirində deyib. 

Onun sözlərinə görə, Ermənistanın bütün bölgələrində azərbaycanlıların yaşaması real faktdır, eləcə də qeyd edib ki, mövcud geosiyasi vəziyyətin Bakının xeyrinə dəyişməsi reallığı ilə barışmaqdan başqa yol yoxdur. 

34 il əvvəl Zəngəzurda, xüsusən də Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdyan bildirib ki, buna şərait yaradılarsa, onlar bura qayıda bilərlər. 

Alaverdinyanın bu sözlərini hər iki dövlət – Azərbaycan və Ermənistan arasında sülhün və barışığın təmin olunmasına istiqamətlənən müsbət mövqe hesab etmək olar, amma bəzi ekspertlər erməni ictimai xadiminin açıqlamasını qeyri-ciddi hesab edirlər. 

Politoloq Zərdüşt Əlizadə Ednews-a a açıqlamasında qeyd edib ki, azərbaycanlıların Ermənistana qayıtması, eyni zamanda vaxtı ilə Bakı, Sumqayıt və Gəncədə yaşamış ermənilərin Azərbaycana qayıtması nəzəri baxımdan müsbət görünsə də, hələ ki  qeyri-mümkündür. 

“Hesab etmirəm ki, Ermənistandan qovulan azərbaycanlıların qayıtması üçün bu ölkədə şərait yaradılacaq və ya yenidən yaşamasına imkan veriləcək. İlk növbədə nəzərə almaq lazımdır ki,  bu hadisələrin  üstündən uzun müddət zaman keçib və bu dövr ərzində Ermənistandan köçən azərbaycanlıların arasından xeyli insan bu dünyadan köçüb gedib, bir qismi isə Azərbaycanda uyğun, şərait qurublar, öz həyatlarını sürdürürlər. Ermənistanda yenidən həyat və şərait qurmaq onlar üçün çətin olar, heç bu mümkün də deyil. İkincisi ermənilər yenidən azərbaycanlıları öz ölkəsində görmək istəməz. Sülhsevər ermənilər belə azərbaycanlıların Ermənistana qayıtması üçün heç nə edə bilməzlər”. 

Deputat Asim Mollazadənin sözlərinə görə isə bu məsələ hələ ki,  Azərbaycan hökumətinin gündəmində deyil. 

“Hazırda Azərbaycanın qarşısında əsas hədəflər Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etmək,  sərhədlərin delimitasiyası və demarkasiyasını təşkil etmək, kommunikasiyaların açılması və bərqərar olunmasını həyata keçirməkdir. İlkin olaraq regionda sülhün və sabitliyin möhkəmlənməsi ölkəmiz üçün əhəmiyyətlidir. Bu məsələlər öz həllini tapdıqdan sonra azərbaycanlıları öz doğma torpaqları – İrəvana, Göyçəyə və Zəngəzura qayıtması məsələsini qaldırmaq olar”.

Yunis Abdullayev

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı