Ermənistan Futbol Federasiyası və “Pünik” klubundan Azərbaycana qarşı təxribatla bağlı BƏYANAT - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Ermənistan Futbol Federasiyası və “Pünik” klubundan Azərbaycana qarşı təxribatla bağlı BƏYANAT

Siyasət A- A A+
Ermənistan Futbol Federasiyası və “Pünik” futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində İrəvanda keçirilmiş matçda Azərbaycana qarşı törədilmiş təxribatla bağlı birgə bəyanat yayıb.
 
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yayılan bəyanatda qarşı tərəfin UEFA-dan gələcək mümkün sanksiyalardan qorxu hissinin olduğu başa düşülür:
 
“Son vaxtlar Ermənistanda keçirilən beynəlxalq oyunlar zamanı futbol matçlarına və ümumilikdə idmana yaraşmayan hadisələr baş verir ki, bu da Ermənistan futbolu üçün ən ağır nəticələr verə bilər. Onlarla vətəndaş, əsasən də yeniyetmələr tribunalarda dava salır, o cümlədən siyasi aksiyalar həyata keçirirlər”.
 
Bəyanatda pankartları stadiona buraxan təhlükəsizlik əməkdaşlarının səhvə yol verdikləri və onlarla iş aparıldığı bildirilir. Həmçinin hər iki qurum futbol ictimaiyyətinin, o cümlədən medianın dəstəyi olmadan stadiondakı çoxlu sayda mühafizəçinin bu kimi halların qarşısını ala bilməyəcəyini acı da olsa etiraf edib.
 
“Demək olar ki, bu il Ermənistanda keçirilən bütün beynəlxalq oyunlar zamanı oxşar hadisələr baş verib ki, buna görə də federasiya və Ermənistan klubları külli miqdarda cərimələr ödəyiblər.
 
Lakin belə hallar aradan qalxmazsa, Ermənistanda yeganə yüksək Avropa standartlarına cavab verən Respublika stadionu diskvalifikasiya edilə bilər. İstər Ermənistan millisi, istərsə də klublarımız ev oyunlarını başqa ölkələrdə neytral meydanlarda keçirməli olacaqlar”, – deyə bəyanatda bildirilib.
 
Federasiya həmçinin yerli KİV-dən belə hallarla bağlı video və fotoları yaymamağa, valideynləri uşaqlarını meydançaya buraxmamağa, futbol azarkeşlərini və fan-klubları arzuolunmaz nəticələrin qarşısını almağa çağırıb.
 
Xatırladaq ki, 9 avqustda keçirilmiş “Pünik” – “Srvena Zvezda” (Serbiya) matçında erməni millətçiləri ingilis dilində “Qarabağ Ermənistandır” və “Kosovo Serbiyadır” sözləri yazılmış pankartlar qaldırıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində “Axavnonu (Laçının Zabux kəndi) vermərik” sözü yazılmış pankart əks etdirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...