Hərbi qulluqçularımız İranda səfərdədirlər - Foto - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Hərbi qulluqçularımız İranda səfərdədirlər - Foto

Siyasət A- A A+

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.

Ednews xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...