“Sasna-Tser” Ermənilər növbəti terror təşkilatı yaradır? - FAKTLAR

Siyasət 16:12 16.08.2022
Ermənistanda yerləşən “Sasna-Tser” terror təşkilatı avqustun 1- dən terrorçu üzvlərini və Ermənistan vətəndaşlarına döyüş təlimləri keçməyə başlayıb. Bundan başqa yayılan məlumatlara görə,  Ermənistanın müxtəlif yerlərindən insanları pul müqabilində bura üzv edilir. Bəzi erməni mənbələrinin verdiyi informasiyaya əsasən hazırda bu terror təşkilatı bura üzv olan Ermənistan vətəndaşlarını silahlandırıraq  Azərbaycanla sərhəddə xüsusən, Zəngəzur və Basarkeçər istiqamətində, həmçinin Rusiya sülhməramlı Kontigentinin müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilərdə yerləşdirilir. İddialara görə, bu terror təşkilatı Ermənistanda avqustun sonu və sentyabr ayında Paşinyana qarşı hərbi çevrilişə hazırlanır. 
 
Ümumiyyətlə, bir əsr boyu ermənilərTürkiyə, Qafqaz, Rusiya, Gürcüstan, Suriya, Livan, ABŞ və Avropa ölkələrində “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün Hınçak, Daşnaksyutun və digər terror təşkilatlarının əsasını qoyub. 
 
Azərbaycana hədə-qorxu gələn və Ermənistan hakimiyyətini təhdid edən təşkilat  haqqında bir sıra məlumatlar var. 
 
Təşkilat yoxsa partiya?
 
2018-ci ildə Ermənistanda məxməri inqilabdan sonra bir qrup erməni millətçisi Ermənipərvər “Sasna-Tser” partiyasının əsasını qoyurlar. Ultra-sağ yönümlü partiyanın siyasi mövqeyi əsasən radikal erməni millətçiliyini və mühafizəkarlığı təbliğ etməkdədir. Partiyanın adı orta əsr erməni dastanı VIII–X əsrlərdə formalaşan “Sasunlu David” –dən götürülüb. “Sasna-Tser” –in Azərbacan dilində mənası “Xristian Cəngavərləri” deməkdir. Birinci Qarabağ müharibəsinin veteranı Jirayr Səfilyan, Vahan Avaqyan və Varuzhan Avetisyan partiyanın əsas fiqurları hesab edilir.  
 
Partiyanın formalaşma prosesi və siyasi cəbhədə rolu 
 
“Sasna-Tser” partiyası sabiq prezident Serj Sarkisyana və onun sədrlik etdiyi Respublika partiyasına radikal müxalif mövqe sərgiləyirdi. 
 
Xatırladaq ki, 2016-cı ildə “Sasna-Tesr”in üzvləri  İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçiriblər. Onların tələbi isə qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunması idi. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı girov götürürlər.
 
Həmin hadisələr nəticəsində üç nəfər ölür, bir neçə nəfər, o cümlədən təcili yardım xidmətinin həkimləri uzun müddət girov saxlanılır.
 
2018-ci il seçkilərindən sonra partiya ilkin olaraq yeni seçilən baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləyirdi. Hətta bəzi məlumatlara görə, Səfilyanın Paşinyan ilə isti münasibətləri də olub.  Lakin sonradan müəyyən səbəblərə görə, radikal partiyanın əsas fiqurunun Paşinyanla münasibətləri kəskinləşir və onun siyasi fəaliyyətinə əks mövqe sərgilməyə başlayır. 
 
2020-ci ildə “Sasna Tsrer” ümumerməni partiyası katibliyinin koordinatoru Varujan Avetisyan bildirir ki, onlar üçün hazırkı hakimiyyəti dəstəkləmək mərhələsi başa çatır və partiya radikal müxalifət mərhələsinə qədəm qoyur. Avetisyan açıq-aydın hesab edirdi ki, mövcud hakimiyyətin sistem dəyişikliklərini həyata keçirmək üçün kifayət qədər iradə və imkanları yoxdur.
 
“Sasna-Tser” partiyası xarici siyasətdə qatı anti-Rusiya, daha çox Qərbmeyillidir.  Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT, Avrasiya İqtisadi İttifaqıdan çıxmağı və NATO, Avropa İttifaqına yaxınlaşmasına çağıran “Sasna-Tser” partiyası qərbyönümlü siyasi qüvvələrin , daha doğrusu Ermənistanın Avropa Partiyası ilə ittifaqın yaradılmasına tərəfdar olduğunu bildirib. Liberal dəyərləri dəstəkləyən Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan isə radikal millətçi ünsürlərin çağırışına müsbət cavab verərək radikal və demokratik müxalif qüvvələrin birləşməsinin zəruriliyini vurğulayıb. Bununla bərabər, 2020-ci ilin may ayında Jirayr Səfilyan digər siyasi partiyaların rəhbərləri ilə bərabər Paşinyan hökumətinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar çağırış etmək üçün bəyannamə imzalayıb. Partiya hazırda Milli Demokratik Qütb alyansına daxildir. 
 
“Sasna-Tesr” partiyası 2018-ci il və 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində iştirak edib. Seçicilərin 1.82% və 1.49 % səsini alan partiya parlamentdə heç biri mandata sahib ola bilməyib. 
 
Bundan əlavə, “Sasna-Tser” partiyasının siyasi proqramında Ermənistanın və Qarabağın vahid dövlət şəklində birləşməsi dəsti-xətti xüsusi önəm daşıyır. 
 
İkinci Qarabağ müharibəsindən sonra 
 
2020 –ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun ağır məğlubiyyətə düçar olmasından sonra radikal millətçi “Sasna-Tser” partiyası Paşinyan hakimiyyətinə qarşı siyasi cəbhədə mübarizəsini daha da sərtləşdirib.  Bu partiya digər radikal ünsürlər kimi Ermənistanın kapitulasiya aktını imzalaması  və erməni ordusunun Azərbaycanın ərazilərindən geri çəkilməsi ilə heç cürə razılaşmır. “Sasna-Tser” və digər xəstə təfəkkürlü erməni millətçiləri müharibənin davam etdirilməsinə tərəfdar olmaqla bərabər regionda təxribatların törədilməsinə və əhalinin silahlamasına çağırır. 
 
“Sasna-Tesr” - in nəzdində fəaliyyət göstərən erməni silahlıları təlimlər həyata keçirir, özlərini silahlandırır və erməni vətəndaşları arasında revanşist toxumları səpməklə yeni qanlı qarşıdurmaların alovlanmasına  əl atırlar. 
 
Partiyanın Livan və Suriyadan gələn erməni millətçi ünsürləri Paşinyan hakimiyyətinə qarşı açıq təxribat xarakterli açıqlamalardan belə çəkinmirlər. Eyni zamanda siyasi firqənin rəhbərliyi vaxtı ilə düşmən münasibət bəslədikləri “Qarabağ Klanı”– xüsusi sabiq prezident Robert Köçəryanın cəbhəsi ilə birləşməyə hazır olduqlarını bildiriblər.
 
Yunis Abdullayev 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Hamısı