Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarıldı - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarıldı

Siyasət A- A A+
Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarılıb.
 
Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
 
Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilib.
 
Əsasnamənin isə 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilib və həmin hissədən “yaxud şikəstliklə” sözləri çıxarılıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...