Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.
Ölkə başçısı həmçinin Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib.