Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən Ednews-a verilən xəbərə görə, ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarəedilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı dayanıqlı yeni rabitə vasitələri alınaraq istifadəyə verilib.
Ümumilikdə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında qoyduğu tapşırıqlar yüksək peşəkarlıqla icra olunur.