“Əgər Qarabağdan Ermənistana gedən yol müvəqqəti olarsa, o zaman həm Ermənistan, həm də “Arsax” (Qarabağdakı qondarma rejim) avtomatik olaraq müvəqqəti dövlətə çevriləcək”.
Ednews xəbər verir ki, bu fikirləri İrəvan Dövlət Universitetinin erməni dili tarixi kafedrasının dosenti, alim Narine Dilbaryan səsləndirib.
Onun sözlərinə görə, nəticədə Ermənistan və “Arsax”ın hökuməti, baş naziri, prezidenti və parlamenti də müvəqqəti olacaq: "Bunun alternativi yoxdur".