Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə avqustun 31-də Brüsseldə keçirilməsi planlaşdırılan danışıqların səmərəli olacağına ümid etdiklərini bildiriblər.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətlər avqustun 31-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında nəzərdə tutulan üçtərəfli görüşə toxunublar. Tərəflər dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar və danışıqların nəticələrinə ümid etdiklərini bildiriblər”, - məlumatda qeyd edilib.