UNESCO-nun xoşməramlı səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

UNESCO-nun xoşməramlı səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Siyasət A- A A+
UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Ser Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
 
Ednews xəbər verir ki, görüş zamanı IX Qlobal Bakı Forumunun nəticələri, X Qlobal Bakı Forumuna hazırlıq prosesi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tolerantlıq, müxtəlif dinlərin və mədəniyyətlər arasında anlaşmanın təbliq olunması istiqamətində fəaliyyəti, UNESCO ilə əməkdaşlığı müzakirə edilib.
 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı xanım Hedva Serə təqdim olunub.
 
Sentyabr ayında 10 illiyini qeyd edəcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır.
 
Bu prinsiplər XII əsr şairi və arifi Nizami Gəncəvinin müdafiə etdiyi dəyərlərdir. NGBM-i şərq mədəniyyətinin dahilərindən sayılan Nizami Gəncəvi və onun irsi ilə bağlı bir sıra tədqiqat və sənədləşdirmə layihələri reallaşdırıb. NGBM, eyni zamanda dünyanın çağırışlarını müzakirə etmək və mövcud problemlərin həlli yollarını araşdırmaq üçün dövrümüzün ən görkəmli adamlarını bir araya toplayır.
 
Mövcud olduğu 10 il ərzində NGBM 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 Ali Səviyyəli Görüşlərə, 10-dan çox Fakt Araşdırıcı Missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...