Brüsseldə Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndə heyəti arasında Avropa İttifaqı-Ukrayna Assosiasiya Şurasının 8-ci iclası keçirilib.
Ednews xəbər verir ki, görüşdən sonra Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Ukraynanın baş naziri Denis Şmıqal və Avropanın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli ilə birgə mətbuat konfransı keçirib.
Borrell bir daha Rusiyanı geri çəkilməyə çağırıb və AB-nin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.
Rusiyanın zəifləmədiyini deyən Şmıqal ölkəsinin silaha ehtiyac olduğunu bildirib.
Oliver Varheli isə çıxışında bildirib ki, Ukrayna xalqı müharibənin böyük təzyiqinə baxmayaraq müqavimət göstərir.