“Biz insan hüquqları, sülhün və davamlı inkişafın təmini baxımından bütün dünyada təhlükə ilə qarşı-qarşıyayıq”.
Ednews xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 77-ci sessiyasının açılışında bildirib.
“Münaqişə, iqlim dəyişikliyi, çökən maliyyə sistemi, yoxsulluq, qeyri-bərabərlik, aclıq və nifrət kimi məsələlərin öhdəsindən gəlmək üçün əbədi həmrəylik zəruridir” - deyə baş katib bildirib.
Qeyd edək ki, gələn bazar ertəsindən etibarən dövlət və hökumət başçıları sessiyada çıxış edə biləcək.