ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Şəhidlər xiyabanını ziyarət edib.
Ednews xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi “Twitter“ hesabında paylaşım edib.
“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker Şəhidlər xiyabanını ziyarət edib. Biz münaqişə səbəbi ilə sevdiklərini itirən ailələrə və dostlara başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.