Dünyasını dəyişən Böyük Britaniya kraliçasının tabutu olan cənazə avtomobili ötən axşam xüsusi reyslə Şotlandiyadan Londona gətirilərək Bukingem sarayına aparılıb.
Ednews xəbər verir ki, korteji kral ailəsinin üzvləri, o cümlədən yeni elan edilmiş Kral III Karl və Kraliça Konsorti Kamilla, Uels şahzadəsi Uilyam və Keyt Middlton (Elizabetin ölümündən sonra milyarder olublar - red.), həmçinin şahzadə Harri və Meqan Markl qarşılayıblar.
Sasseks hersoqları bir həftə ərzində ikinci dəfədir ki, qohumları ilə ictimaiyyət qarşısına çıxırlar.
Qeyd edək ki, II Elizabet monarxiya üçün rekord sayda il hökmranlıq edib. Beləki, bu yay kraliça, taxtda olmasının 70 illiyini qeyd edib.
Bu illər ərzində o, təkcə Böyük Britaniya və Birlik ölkələrinin deyil, ümumilikdə mədəniyyətin əsl simvoluna çevrilib. Əlahəzrətin dəfn mərasimi sentyabrın 19-da səhər saatlarıdan keçiriləcək.
Mərasim Vestminster Abbatlığında kral ailəsinin bütün üzvlərinin və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək.