Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-dən ümidini üzüb - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-dən ümidini üzüb

Siyasət A- A A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın gözləntilərini doğrultmayıb.

Ednews xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna açıqlamasında deyib.

O bildirib ki, KTMT-yə müraciət edərkən Ermənistanın gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, yerinə yetirilməyib.

Armen Qriqoryan əlavə edib ki, KTMT-nin Qazaxıstana qoşun göndərməsi zamanı təşkilatın mexanizmlərinin nəhayət işləyəcəyi və presedent yaranacağı ilə bağlı onda ümidlər yaranıb, lakin artıq bu ümidlər yoxdur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...