“Rusiya Federasiyasının prezidenti Vladimir Putin çaşqınlıq içindədir. O, hadisələrin necə davam edəcəyini anlamır. Rusiyanın Ukrayna ilə müharibədə uzunmüddətli strateji planı yoxdur”.
Ednews “Kanal 24”ə istinadən xəbər verir ki, bu fikirləri Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı ekspert Aleksandr Musiyenko səsləndirib.
"Rusiyanın yeganə planı qışa qədər gecikdirməkdir. Ruslar ümid edirlər ki, qazla bağlı Avropada parçalanma baş verəcək", - ekspert qeyd edib.