ABŞ Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

ABŞ Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb

Siyasət A- A A+
"Tacikistan-Qırğızıstan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq".
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib.
 
"Mülki əhalinin həyatı təhlükə altındadır və zərərçəkənlərə başsağlığımızı bildiririk. Biz hər iki tərəfi atəşkəsə hörmət etməyə və diplomatiya yolu ilə sakitliyi bərqərar etmək üçün səyləri artırmağa çağırırıq", - Prays deyib.
 
Qeyd edək ki, sentyabrın 14-də Tacikistan-Qırğızıstan sərhədində iki ölkənin hərbçiləri arasında növbəti silahlı qarşıdurma başlayıb. Hər iki tərəf bir-birini münaqişənin başlamasında, ağır hərbi texnika və silahlardan istifadə etməkdə ittiham edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...