Xəbər verdiyimiz kimi Azərbaycanın Fransada olan səfirliyinə hücum edilib. Qeyd edək ki, digər səfirliklərə olan hücumlar yaxın keçmişdə baş tutmuşdu. Bunu nəzərə alaraq Azərbaycan səfirliklərdə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xəbərdarlıq etmişdi. Azərbaycanın Fransada olan səfiri Rəhman Mustafayev də bu hadisə ilə bağlı təhlükəsizlik tədbirləri görülmədiyinə görə Fransa rəhbərliyini tənqid etrmişdi. Maraqlıdır ki, Fransa, Livan, ABŞ kimi ölkələrdə bu kimi hadisələrin baş verməsində günahkar kimdir?
Ednews-un verdiyi xəbərə görə, məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev öz açıqlamasında bildirib ki, son zamanlar Azərbaycanın bir neçə ölkədəki səfirliyinə qarşı olan erməni hücumları vandalizm nümunəsidir. Ermənilərin vandalizmdən başqa edə biləcəyi bir şeyin olmadığını dəfələrlə şahidi olmuşuq.
“Azərbaycan 1961-ci ildə digər ölkələrin də qoşulduğu diplomatik əlaqələr haqqında Vyana konvensasiyasına qoşulmuşdu. Bu konvensasiyaya uyğun olaraq Xarici İşlər Nazirliyi bəyanat bildirib. Bu hadisələr Avropa ölkələrindən Asiya ökələrinə də sıçrayır. Son zamanlar Azərbaycanın bir neçə ölkədəki səfirliyinə qarşı olan erməni hücumları vandalizm nümunəsidir. Fransa, Amerika, İngiltərə özlərini demokratiyanın beşiyi hesab edirlər. Əgər demokratiyanın beşiyi olan dövlət budursa bu, demokratiya yox anarxiyadır. Çünki istənilən vaxt ölkə əmin olmalıdır ki, onun səfirliyinin işçiləri diplomatik toxunulmazlığa malik olduğuna görə qorunur. Amma təəssüf ki, yenə də Azərbaycana qarşı ikili standartlar var. Bu məsələlərdə qeyri-hüquqi normalara riayət edirlər. Bu anlaşılan deyil. Həmin ölkələrin Azərbaycandakı səfirlikləri ölkəmiz tərəfindən yüksək səviyyədə qorunur. Bu günə qədər də bizim ölkədə belə bir insident baş verməyib. O ölkələr erməni ölkəsi deyil ki, biz deyək, bu ölkələrlə müharibədəyik. Həmin ölkələr bunu bilərəkdən yerinə yetirir. ABŞ özünü hegomon hesab edir. Bəs Fransa, Britaniya, Livana nə olub? İsraildə də belə bir addım atmaq istəyiblər. Lakin İsrail dövləti tərəfindən lazımi addımlar atılıb. Bu dövlətlər özünə hörmət etməli, hansı dövlətin olmasından asılı olmayaraq qanunlara əməl etməlidir. Bu Fransa, ABŞ, İngiltərənin gücsüzlüyünə dəlalət edir. Azərbaycan səfirliyinə hücum etməyin həmin dövlətlərin qanuna hörmət etmədiyini, bu dövlətlərin öz imicini qoruya bilməməsini göstərir. Bu da həmin dövlətlərə olan inamsızlıqla nəticələnəcək.”