Almaniya kansleri Səudiyyə Ərəbistanına səfər edəcək.
Almaniya kansleri Olaf Şolts Səudiyyə Ərəbistanının paytaxtı Ciddəyə iki günlük səfəri zamanı ölkənin vəliəhdi şahzadə Məhəmməd bin Salman ilə də görüşü baş tutacaq.
Ednews xəbər verir ki, bu barədə Almaniyanın Ər-Riyaddakı səfirliyindəki mənbə məlumat verib. Məlumatda Şults hökumətin bir sıra üzvləri ilə aparılacaq danışıqların nəticələrinə böyük əhəmiyyət verdiyini də qeyd edilir. Həmçinin goruşdə hər iki tərəf arasında bəzi vacib müzakirələr də aparılacaq.
Mənbəyə əsasən, danışıqlarda ən çox enerji böhranı, Rusiya-Ukrayna müharibəsi, Yəməndəki vəziyyət, İranın nüvə məsələsi və gələn ilin noyabrında İndoneziyanın Bali adasında keçirilməsi gözlənilən G-20 sammitinin müzakirəsi önə çıxarılacaq.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Əl Səud iki ölkə arasında tarixən formalaşan sənaye əməkdaşlığına əsaslanan sıx tərəfdaşlıq və dostluq münasibətləri ilə bağlı olduğunu və yaşıl enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmini vurğulayıb.
Rəna Mürşüd