Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada qismən səfərbərlik elan edilməsinə münasibət bildirib.
Ednews xəbər verir ki, Şarl Mişel bu barədə "Twitter"də paylaşım edib.
"Kreml Beynəlxalq Sülh Günündə və eyni zamanda, ölkələr BMT Baş Assambleyasında əməkdaşlıq, təhlükəsizlik və rifah üçün çalışdığı zamanda səfərbərlik elan edib. Bu müharibədə yalnız bir işğalçı (Rusiya) və bir təcavüzə məruz qalan ölkə (Ukrayna) var. Aİ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalacaq" -deyə Mişel qeyd edib.