Qazaxıstanda məhkəmə sabiq prezident Nursultan Nazarbayevin qardaşı oğlunu mənimsəmə işi üzrə 6 il azadlıqdan məhrum edib.
Ednews-un xəbərinə görə bu barədə "Zakon.kz" portalı məlumat yayıb.
“Kairat Satıbaldıulı 6 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti martın 13-də K. Satıbaldıulunu vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin vəsaitlərini mənimsəmək ittihamı ilə saxlayıb.
Martın 17-də isə onun keçmiş arvadına qarşı quldurluq yolu ilə biznesi ələ keçirmə faktı ilə bağlı araşdırmalara başlanılıb.