NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Putinin nüvə bəyanatlarına münasibət bildirib.
Ednews xəbər verir ki, o, bu barədə Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun iclasında çıxış edərkən danışıb.
Stolenberq bunun Rusiya üçün təhlükəli nəticələnəcəyini diqqətə çatdırıb.
NATO-nun Ukraynadakı müharibə ilə bağlı iki missiyası olduğunu bildirən Stoltenberq, Ukraynaya dəstək və münaqişənin böyüməsinin qarşısını almağın vacibliyini də vurğulayıb.
O, xatırladıb ki, bu gün səhər üzv ölkələrin Milli Silah Direktorları ilə görüş keçirib və Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində müdafiə sənayesində istehsalın artırılması və müttəfiqlərin ehtiyatlarının doldurulması məsələlərini müzakirə edib.
Ukraynanın daha çox yardıma ehtiyacı olduğunun deyən Stoltenberq, Rusiyanın son günlər "saxta referendumlar, nüvə saxtakarlığı, silahlı qüvvələrin səfərbərliyi" ilə münaqişəni daha da artırdığını deyib.
"Nüvə silahından istifadə qətiyyən qəbuledilməzdir. Bu, münaqişənin mahiyyətini tamamilə dəyişir.",- deyə Stolenberq bildirib.
Nəzrin Beydiyeva