Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi Tvitter səhifəsində yazıb.
Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.