Fransa XİN rəsmisinin səfəri Minsk Qrupu ilə əlaqəli deyil - ednews.net

29 Noyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Fransa XİN rəsmisinin səfəri Minsk Qrupu ilə əlaqəli deyil

Siyasət A- A A+
Xəbər verdiyimiz kimi, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.
 
Ednews xəbər diplomatik mənbələrin məlumatına istinadən xəbər verir ki, Rokföyün səfərinin Minsk Qrupunun fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.
 
Fransa tərəfinin səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi sənəddə “Minsk Qrupu” ifadəsi yer almayıb.
 
Bu onu göstərir ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir.
 
Bundan əlavə, Rokföyla yanaşı, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri İzabel Düpont da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...