Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək - Bu tarixdə - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək - Bu tarixdə

Siyasət A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan İsveçrənin paytaxtı Cenevrədə görüşəcək.

Ednews xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.

Onun sözlərinə görə, görüş bazar günü - oktyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl iki nazir ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə sentyabrın 20-də Nyu-Yorkda bir araya gəlmişdi. Həmin görüşdə ABŞ tərəfi nazirlərin yaxın günlərdə daha bir görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...