Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün DETALLARI AÇIQLANDI - RƏSMİ - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün DETALLARI AÇIQLANDI - RƏSMİ

Siyasət A- A A+
Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü keçiriləcək. 
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.
 
Məlumatda qeyd olunur: 
 
“Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.  
 
Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...