Putin Ukrayna ilə bağlı layihələrini Dövlət Dumasına təqdim etdi - ednews.net

5 Dekabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Putin Ukrayna ilə bağlı layihələrini Dövlət Dumasına təqdim etdi

Siyasət A- A A+
Putin DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair konstitusiya layihələrini Dövlət Dumasına təqdim edib.
 
Ednews xəbər verir ki, bu barədə məlumatı Duma komitəsinin mətbuat xidməti yayıb. 
 
Mənbə xatırladır ki, Konstitusiya Məhkəməsi Rusiyaya yeni subyektlərin qəbulu ilə bağlı sənədlər paketini təsdiqləyib.
 
 
Sənədə əsasən DXR və LXR respublika statusu əldə ediblər, Zaporojye və Xerson vilayətləri isə indiki adları ilə ayrıca subyektlər kimi qəbul edilib.
 
Xerson və Zaporojye vilayətlərinin rəhbərləri qubernatorlar, LXR və DXR-də isə respublikaların rəhbərləri adlandırılacaq.
 
2023-cü ilin sentyabrında dörd subyektin parlamentlərinə seçkilər keçiriləcək.
 
Yeni regionların rəhbərlərinin səlahiyyətlərini icra edənlər on gün ərzində Rusiya prezidenti tərəfindən təyin ediləcək.
 
 
Subyektlərin inteqrasiyası üçün keçid dövrü 2026-cı il yanvarın 1-dək qüvvədədir.
 
LXR, DXR, Xerson və Zaporojye vilayətləri müqavilələrin imzalandığı gündən Rusiya Federasiyasına qəbul edilmiş sayılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...