Moskvada II Xəzər İqtisadi Forumu keçirilir.
Ednews APA-ya istinad'n xəbər verir ki, forumda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.
Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq.
Əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafına dair birgə layihələrə yönəldilməsi planlaşdırılır.
Forum çərçivəsində Azərbaycanın Baş naziri Xəzəryanı ölkələrin bir sıra hökumət başçıları ilə görüşlər keçirəcək.