Bu gün Cenevrədə, BMT-nin ofisində BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf naminə barışıq: ədalətin və sülhün əldə edilməsində vətəndaş cəmiyyəti dialoqunun rolu” mövzusunda seminar keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə informasiya Telegram kanalında yer alıb.
Mənbə yazır ki, tədbirin təşkilatçısı “Xocalı: Barışıq naminə etiraf” koalisiya qrupudur.
Qrup bu ilin martında Azərbaycan və Ermənistan xalqları arasında davamlı sülhün bərqərar olması məqsədilə Qarabağ münaqişəsi zamanı kütləvi insan hüquqları pozuntularının nəticələrinin aradan qaldırılması yollarına dair ATƏT platforması üzrə məsləhətləşmələrdən sonra yaradılıb.