Əli Əsədov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Əli Əsədov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Siyasət A- A A+
Azərbaycan işğal altındakı ərazilərini azad edəndən sonra regionda nəqliyyat yollarının inkişafı üçün şərait yaranıb.
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumunun plenar çıxışında bildirib.
 
"Bu gün biz regional kommunikasiya layihələrinin üzərində aktiv işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir", deyə Azərbaycan Baş naziri vurğulayıb.
 
Əli Əsədov sentyabr 21-də Azərbaycan-İran sərhədində iki ölkənin avtomobil yolları şəbəkəsinin Araz çayı vasitəsi ilə birləşdirdiyi körpünün əsasının qoyulduğunu xatırladıb. O qeyd edib ki, bu layihə Şimal Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin potensialının yüksəldilməsinə istiqamətlənib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...