Xəbər verdiyimiz kimi, dünən Astana şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Kasım-Jomard Tokayev arasında görüş keçirilib.
Görüşdə masanın üstünə qoyulan mineral su müzakirələrə səbəb olub.
Ednews xəbər verir ki, fotoda su qabının üstündəki “Turan” sözü böyük maraq doğurub.
Sosial şəbəkələrdə bu haqda geniş diskussiya açılıb və bildirilib ki, bu, özünü türk hesab edən hər kəsin ortaq arzusudur.