Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstana səfər edib.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Astana aeroportunda Nikol Paşinyanı Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyar qarşılayıb.
Paşinyan Qazaxıstanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Paşinyanla birlikdə Baş nazirin müavini Mqer Qriqoryan da Astanaya gedib.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan isə Astanadadır.