Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adı Ukraynanın “Sülhməramlı” saytının məlumat bazasına daxil edilib.
Ednews xatırladır ki, siyasətçi 2019-cu ildə DW-yə verdiyi müsahibəsində Krımın Rusiyaya birləşdirilməsini ilhaq hesab etməyib.
O, bu sözlərinə görə, “Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə inkar etməkdə” ittiham edilib.
Qeyd edək ki, " Sülhməramlı" bazası Ukraynanın milli təhlükəsizliyinə qarşı törədilən cinayətlər üzrə araşdırma mərkəzinin internet resursudur.