Kiyev Vaşinqtondan Ukraynaya hərbi yardım göstərməsi üçün İsrailə təzyiq göstərməyi xahiş edir.
Ednews xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk “Hill” nəşrinə müsahibəsində deyib.
“İsrail yalnız amerikalılara qulaq asır”, - səfir bildirib.
Səfir qeyd edib ki, Kiyevin mövqeyini çatdırmaq üçün ABŞ-ın İsraildəki səfiri Tomas Naydsla mütəmadi görüşür.