Türk Dövlətləri Təşkilatından Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Türk Dövlətləri Təşkilatından Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA

Siyasət A- A A+
Türk Dövlətləri Təşkilatı (TDT) Zəngəzur dəhlizinin açılmasına dair prosesi yaxından izləyir. 
 
Ednews xəbər verir ki, bu barədə apa.az-a açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömer Kocaman bildirib.
 
O, qeyd edib ki, Türkiyə və Azərbaycan bu məsələdə çox effektli əməkdaşlıq həyata keçirir.
 
“Biz bu prosesin bütün türk dünyası üçün müsbət amil olacağına inanırıq. Bundan əlavə, Türkiyə və türk dünyası arasında təmin ediləcək kəsintisiz əlaqənin bölgə və dünyada sülh üçün önəmli nəticələri olacaq. Digər tərəfdən isə, ticarətin dərinləşməsi və inkişafın genişlənməsi də təmin olunacaq”, - Kocaman vurğulayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...