Şərqi Avropa müharibəyə hazırlaşır? Birliklər Rusiyaya qarşı birləşir – Ukraynalı EKSPERT

Siyasət 15:07 04.11.2022

Rusiya Ukraynaya qarşı müharibənin ikinci mərhələsinə qədəm qoymağa hazırlaşır. Bu məqsədilə hətta ölkədə 195 min rubl, yəni təxminən 3,150 ABŞ dolları birdəfəlik ödəniş əsasında hərbi səfərbərlik elan edilib. Etibarlı informasiya mənbələrində ötən gün Rusiya prezidenti Vladimir Putinin bu barədə fərman imzaladığı da deyilir.

Rusiyada hərbi səfərbərlik haqqında sentyabrın 21-də qərar verilib və görünür bu dəfə rəsmi Kreml yaranan bəzi narazılıqlar və ordudan yayınma hallarının qarşısını almaq üçün yeni bir metoda da əl atıb. Bu taktika qismən Qərbin, yəni NATO-nun yansıdılması olsa da, yenə də Sovet sisteminin paslanmış qaydalarını özündə əks etdirir. Məsələn, ABŞ ordusunda ən aşağı hərbi rütbəli qulluqçulara illik 25 min, yüksək rütbəli zabitlərə isə 93 min 400 ABŞ dolları məbləğində ödəniş edilir. Rusiya isə bu metodunda sanki tələdə şikar üçün yem qoymuş kimi görünür - bir dəfə ödəməklə bir cana birdəfəlik son qoyur. 

Bəs Qərb buna necə reaksiya verir?

Rusiyadan gələn həyəcan verici dalğa ilk növbədə Ukraynanın şimal qonşusu olan Polşanı təsirləndirib. Belə ki, ölkə daxilində həyəcan təbili çalan Polşa sıravi vətəndaşları hərbi təlimlərə cəlb edib. Ölkə rəhbərliyi bu haqda açıqlama verərək qeyd edib ki, hazırlıq 2023-cü ildə Rusiyanın növbəti atacağı hücum addımlarına qarşı bir qabaqlayıcı təlim məqsədi daşıyır. 

Baş verənlərlə bağlı Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti Vitali Yarmolenko Ednews-a bəzi açıqlamalar verib. O, bu kimi təlimlərin nəinki Polşada, hətta digər şərqi Avropa ölkələrində tətbiq olunduğunu vurğulayıb.    

“Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyəti öz təhlükəsizliyini və xüsusilə Rusiyadan gələcək təhlükəni labüd hesab edir. Bu sırada Baltikyanı ölkələr və Rumıniya fəal şəkildə səfərbərlik potensialını, silah alışını artırmağa çalışır. Məsələn, Latviya son günlərdə hərbi xidmətə çağırışa yenidən baxıb. 

Polşaya gəlincə, ölkə 2014-cü ildən fəal şəkildə müdafiə qabiliyyətini artırır. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi Polşa cəmiyyətində silahlanmanı gücləndirib və bu əsnada silah alışının artırılması zərurəti ilə bağlı consensus yaradılıb.  Hazırda münaqişənin coğrafi genişlənmə riski var və bu ekalasiya davam etdiyi təqdirdə Polşanın, Baltikyanı ölkələrin və digər Mərkəzi Avropa dövlətlərinin növbəti ilin perspektivində hərbi səfərbərlikdə iştirakı qaçılmazdır”. 

Bundan əlavə, ekspert Rusiya prezidentinin hərbi səfərbərlik üçün birdəfəlik ödənişlə bağlı verdiyi qərarı bir növ ölkədə az təminatlı təbəqəni cəlb etmək üçün bir vasitə adlandırıb.

“Rusiya Ukraynaya hücumunda son cəhdlərini göstərməyə çalışır və bununla da xalqı bir növ həvəsləndirmək istəyir. Əslinə qalanda, rus xalqı prezident Vladimir Putinin səfərbərliyi ödənişli əsasla etməsindən tam olaraq razı deyil. Bu cür taktika yalnız gəliri az olan təbəqələr və kasıb regionlar üçün qismən keçərli ola bilər. Amma bütövlükdə Rusiyanı götürsək, bu metodun bütöv olaraq uğurla işə yarayacağı şübhə doğuran məsələdir”.  

Vitali Yarmolenko həmçinin müharibənin son gedişatı ilə bağlı Ukrayna ordusunun mövqeləri barədə söz açıb. 

“Ukrayna ordusu əks hücumları durmadan davam etdirir. Ən gərgin vəziyyət Donetsk istiqamətində olan Baxmud, Abdiyivka və Soledar rayonlarıdır. Buna baxmayaraq, Ukraynanın potensial olaraq ordu gücü Luqansk vilayətinin şimal hissəsi və Xerson rayonundakı Dniro çayı yaxınlığındakı əraziləri 1-2 ay ərzində təmizləməyə qadirdir. Təbii ki, Ukaryanın müharibədə qazanacağı gələcək uğuru Qərbdən gələn hərbi dəstək və şübhəsiz ki, Rusiyanın özünümüdafiə sistemindəki qabiliyyətindən asılı olacaq”. 

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı