Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib.
Ednews xəbər verir ki , Gürcüstan bürosu xəbər verir ki, “Azerbaijan Travel Showroom” da təşkil edilmiş festivalda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan vətəndaşları, həmçinin paytaxt sakinləri iştirak ediblər.
Tədbirdə qonaqlara Azərbaycan şirniyyatları, Azərbaycan çayı təqdim edilib. Azərbaycan musiqisi səsləndirilib.