“Çətin dövrdən keçirik. İstanbul Zirvəsində qəbul etdiyimiz “Türk Dünyası-2040” strateji sənədi uzunmüddətli dövr üçün mühüm addım oldu”.
Ednews xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddə keçirilən mətbuat konfransında bildirib.
"Asiya yenidən ön plana çıxır. Aramızdakı münasibətlər və dəhlizləri inkişaf etdirməyimiz məcburiyyətə çevrilir. Sabah ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri imzalanacaq və bu məmnunedicidir" - deyə nazir qeyd edib.