Azərbaycan Xarici İşlər Nazirliyi 12 Noyabr - Konstitusiya Günü münasibətilə paylaşım edib.
Ednews xəbər verir ki, paylaşım XİN-nin rəsmi “Twitter” hesabından edilib.
“Bu gün müstəqil ölkəmizin ilk Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendumla qəbul edilmiş Konstitusiya dövlət quruculuğumuzun möhkəm təməlidir. Konstitusiya Günümüz mübarək!",-deyə təbrik paylaşımında qeyd edilib.