Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərli vəzifəsindən istefa verib.
Ednews xəbər verir ki, bu barədə E.Kələntərli "Facebook" hesabında məlumat verib.
O bildirib ki, 4 il işlədiyi kollektivdən - Dövlət Miqrasiya Xidmətindən ayrılıb və fəaliyyətini başqa qurumda davam etdirəcək.
"Bundan sonra For Azerbaijan Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində fəaliyyətimi davam etdirərək, şəhid ailələrinə bir addım da yaxın olacağam", - idarə rəisi qeyd edib.