Avropada Qətərda Dünya Kuboku üçün nəzərdə tutulan obyektin tikintisində iştirak edən fəhlələrin hüquqlarının pozulması ilə bağlı məsələ qaldırıb.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, məsələ bəzi siyasətçilər və hüquq müdafiəçiləri tərəfindəm müzakirə olunub.
İddialara cavab verən Qətərin əmək naziri Əli bin Samix Əl Marri işçilərin təzminat məsələsi ilə bağlı mexanizmin tətbiq olunduğunu bildirib.Tikinti işləri zamanı bəzi fəhlələrin ölməsi və yaralanması xəbərindən sonra Dünya Kubokunun oyunlarının boykot edilməsi ilə bağlı çağırışlar olub.
Qətərdə bəzi işçilərin hüquqlarının pozulması iddialarına toxunan Al Marri hər bir işçiyə təzminat almaq üçün mexanizm tətbiq edildiyini bildirib. O, həmçinin, işçilərə təzminat olaraq ən əzı 350 milyon dollar dəyərində məbləğ ayrıldığını vurğulayıb.
Ölkəsi ilə bağlı iddiaların ünsiyyət çatışmazlığından qaynaqlandığını deyən Qətər rəsmisi məlumatın doğru mənbədən alınmadığını qeyd edib.
Al Mari FİFA-nın Dünya Kuboku oyunlarına baxmaq üçün hamını Qətərə dəvət edib.
Qeyd edək ki, Qətər bu ilin noyabrın 20-də başlayacaq Dünya Kunoka yarışlarına ev sahibliyi edəcək.
Yunis Abdullayev