İranda ümumi ölkə üzrə tətil elan olunub. Bütün şəhərlər gün boyu aksiayaya qoşulduqlarını elan ediblər.
Maraqlıdır ki, bu tətil İrandaki mövcud vəziyyətə necə təsir edəcək?
Politoloq Sədrəddin Soltan Ednews-a açıqlamasında bildirib ki, bu tətillərin iqtisadi baxımdan İrana təsiri olacaq.
“2019-cu il noyabrın 10-da gündəlik təlabat mallarının o cümlədən ərzaq yanacaq məhsullarının qiymətində bahalaşmasına etiraz olaraq aksiyalar keçirilmişdi. Onda hakimiyyət etiraz aksiyalarını yatırmaq üçün zor tətbiqdən istifadə etmişdi. Bu gün baş verən hadisələr kimi nəticədə 1500-dən çox adam qətlə yetirilmişdi. Ona görə də İranda bu hadisələrin il dönümü ilə bağlı etiraz aksiyaları keçirilir. Ölkədə keçirilən tətillərin İran iqtisadiyyatına da ciddi təsiri olacağı gözlənilir. Bu İranda bütün təbəqələrin etirazla bağlı həmrəyliyini nümayişidir”.
Politoloq bildirib ki, Məhsa Əminin ölümü ilə rejim əleyhinə başlayan aksiyalar hələ də davam edəcək.
“Tətilin elan olunması bu aksiyaların daha da yayılmasına gətirib çıxaracaq. Aksiyaların geniş vüsət alması eyni zamanda İranın iqtisadiyyatına da ciddi təsir göstərəcək”.
Ayan Rzayeva