Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu axtarışa verib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, onun adı Ukrayna Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.
Məlumatda qeyd olunur ki, axtarışı Ukrayna Təhlükəsizlik Xidməti aparır. Çeçen lider “Ukraynanın ərazi bütövlüyünə qəsd” və “müharibə başlatma” maddələri ilə başlanmış cinayət işinin istintaqı ilə bağlı axtarışa verilib. Bu maddələrə əsasən, Kadırova 7 ildən 15 ilədək həbs düşür.
Onu da qeyd edək ki, oktyabrın 10-da Ukrayna Rusiya qoşunlarının komandanı general Sergey Surovikini ərazi bütövlüyünə qəsd maddəsi ilə axtarışa verib.
Oğuz Ayvaz