Qazaxıstan prezidentliyinə namizəd Kasım-Jomart Tokayev Astanada Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib.
Ednews xəbər verir ki, Qasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində səs vermək üçün yerli vaxtla saat 08:48-də 58 saylı seçki məntəqəsinə gəlib.
Seçki məntəqəsinin sədri Kımbat Mukanovan bildirib ki, burada 2627 nəfər qeydiyyatdan keçib. Artıq 200-dən çox seçici səs verib.